"TƏBİƏTİ QORUYANLAR" LAYİHƏSİNƏ YEKUN EKOLOJİ KONFRANS KEÇİRİLDİ

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə həyata keçirilən və İdarənin 18.04.2022-ci il tarixli F138 nömrəli əmri ilə təsdiq edilmiş "Təbiəti Qoruyanlar" adlı layihənin Fəaliyyət Planının icrası istiqamətində məktəbdə yekun ekoloji konfrans keçirildi.Konfransda məktəbin Tİ üzrə direktor müavini Tahir Həmzəyev,coğrafiya müəllimi Könül Səfərova,biologiya müəllimi Südabə Əfəndiyeva,dərnək üzvləri,VI,VII,VIII və IX sinif şagirdləri iştirak edirdilər.Sonra konfransı giriş sözü ilə Tahir müəllim açaraq şagirdlərə parklarda,dekorativ bağlarda ətraf mühitə,ağaclara,güllərə zərar vurmadan,ərazini çirkləndirmədən istirahət etmək,əylənmək və vaxt keçirməyin etik qaydalarını izah edib,onları təbiətin çirklənməsinin sağlamlığımıza və həyatımıza vura biləcəyi zərərlər barədə maarifləndirici məlumatlar verdi.Daha sonra şagirdlərin təqdimatında araşdırma aparıb hazırladıqları məruzələr dinlənildi, mövzuya aid videolar və şagirdlərin hazırladıqları slaydlar nümaiş etdirildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi