"TƏBİƏTİ QORUYANLAR" LAYİHƏSİNƏ AİD MAARİFLƏNDİRİCİ TAMAŞA TƏŞKİL EDİLDİ

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə həyata keçirilən və İdarənin 18.04.2022-ci il tarixli F138 nömrəli əmri ilə təsdiq edilmiş "Təbiəti Qoruyanlar" adlı layihənin Fəaliyyət Planının icrası istiqamətində məktəbdə fəaliyyət göstərən,,Gənc təbiyətçilər” və,, Ekologiya”dərnək üzləri olan şagirdlərin iştirakı ilə coğrafiya müəllimi Könül Səfərova və biologiya müəllimi Sudabə Əfəndiyevanın rəhbərliyi ilə maarifləndirici tamaşa hazırlanmışdır.Bu tamaşanın ssenarisi sagird və müəllimlərin iştirakı ilə yazılmışdır.Tədbirdə məktəbin Tİ üzrə direktor müavini Tahir Həmzəyev,coğrafiya və biologiya müəllimləri,VI,VII,VIII və IX sinif şagirdləri iştirak edirdilər.Qeyd edək ki, layihənin məqsədi təhsilalanların tamaşalar vasitəsi ilə ekoloji maarifləndirilməsi,bu sahə üzrə biliklərinin və tədqiqatçılıq bacarıqlarının artırılması,istedadlı və yaradıcı şagirdlərin aşkara çıxarılması, müəllim-şagird və məktəblilərarası əməkdaşlığın inkişafı,ətraf mühitin və ekologiyanın mühafizəsi problemlərinin həllinə dəstək verilməsindən ibarətdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi