UŞAQLARIN İCBARİ DİSPANSERİZASİYASINA HƏSR EDİLMİŞ MAARİFLƏNDİRİCİ SÖHBƏT TƏŞKİL EDİLDİ

  Uşaqlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması dövlətin sosial-yönümlü siyasətinin prioritet istiqamətlərindən biridir.Xəstəliklərin və əlillik hallarının əksəriyyətinin təməlinin uşaq yaşında qoyulduğunu nəzərə alaraq,uşaqlar arasında xəstəliklərin vaxtında aşkar olunması məqsədi ilə icbari tibbi müayinələrin aparılmasının,aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır."Uşaqların icbarı dispanserizasiyası haqqında" qanuna əsasən,Azərbaycanda uşaqlar ildə bir dəfə icbari tibbi müayinədən keçməlidirlər.28 dekabrda 17 nömrəli tam orta məktəbdə həkimi Ülviyyə Əfəndiyeva 9,,D,9,,Cvə 9,,E” sinif şagirdləri ilə maarifləndirici söhbət təşkil etdi.Söhbət zamanı Ülviyyə xanım dispanserizasiyanın əhəmiyyəti və vacibliyi haqqında geniş məlumat verərək şagirdləri maraqlandıran sualları cavablandırdı.Sonra isə tədbirdə iştirak edən biologiya müəllimi Tahir Həmzəyev,,İnfeksiyon və Qeyri- infeksiyon”xəstəliklər və onların risk faktorları haqqında geniş məlumat verdi.Sonra bu və digər xəstəliklərə həsr olunmuş videoçarx nümayiş olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi