MƏKTƏB ŞAGİRDLƏRİ BİR SIRA MUZEYLƏRDƏ EKSKURSİYADA OLDULAR

  25 dekabrda 17 nömrəli tam orta məktəbin 5,,C”sinif şagirdləri sinif müəllimi Anjelika Qasımovanın təşkilatçılığı ilə ,,Zoologiya muzeyi,Şirvanşahlar sarayı muzeyi və Qız qalası muzeyləri”ndə  ekskursiyada oldular. Zoologiya Muzeyində 257 növ onurğalı heyvan, o cümlədən 44 növ məməli,116 növ quş, 36 növ sürünən,13 növ suda-quruda yaşayan və 50 növ balıq eksponatları nümayiş olunur.Uşaqlarda kiçik yaşlardan təbiətə sevgi və qayğı hissini formalaşdırmaq məqsədilə onlara canlı aləmin həyatımızdakı rolu və mühafizəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.Sonra şagirdlər Şirvanşahlar muzeyin eksponatları içərisində bəzək əşyaları, arxeoloji tapıntılar, saxsı qablar, müxtəlif rəsmlər, milli geyimlər və XVIII-XX əsrlərə aid olan çoxlu sayda məişət avadanlığı sərgisi ilə tanış oldular.Ekskursiyanın sonunda daşdan tikilmiş Qız Qalasının hündürlüyü 28 metr,bünövrə hissədə divarların qalınlığı 5 metr, tikilinin yuxarı hissəsində isə 4 metrdir.Qala daxili hissədə səkkiz yarusa (mərtəbəyə) bölünüb.İkinci mərtəbədən axırıncı mərtəbəyədək əlaqə divarın içərisində düzəldilmiş dolama pilləkənlər vasitəsi ilə həyata keçirildiyinin şahidi olan şagirdlər xatirə şəkilləri  çəkdirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi