IX VƏ X SİNİF ŞAGİRDLƏRİNİN VALİDYENLƏRİ İLƏ İCLAS KEÇİRİLDİ

 Valideyn iclasları məktəb həyatının mühüm atributlarından və məktəb fəaliyyətinin əsas elementlərindən biridir.Məktəb və valideynlər uşaqların təlim-tərbiyəsinə,inkişafına bərabər təsir göstərdiyindən onların fəaliyyətlərinin qarşılıqlı əlaqələndirilməsi zəruridir. Bu əlaqələndirmənin əsas vasitəsi valideyn iclaslarıdır.Və bu işdə valideynlərin əvəzsiz rolu olduğunu nəzərə alaraq 24 dekabrda məktəbimizdə IX vəX sinif valideyn iclası keçirildi.Məktəbin direktoru Nazilə Əliyeva valideynlərin nəzərinə çatdırdı ki,iclasın əsas məqsədi valideynlərlə birgə uşaqların təhsili və tərbiyəsinə aid problermlərin həlli yolarını axtarıb tapmaqdır. Həmçinin valideynlərin pedaqoji maarifləndirilməsi,onlar sinfin həyatında iştiraka stimullaşdırmaq,şagirdlərin tərbiyəsinə görə məsuliyyət hissini artırmaq,keçirilmiş monitorinqin nəticələri,I yarım illik təqribi qiymətləndirmə,peşə təhsili,şagird davranış qaydaları,dərsə davamiyyəti,məktəbli forması, şagirdlərin asudə vaxtlarının səmərəli təşkili iclasda əsas məsələlərdən idi.Bu mövzular ətrafında müzakirələr aparıldı.Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi