NARKOMANİYAYA YOX DEYƏK !

  Narkomaniya müasir dövrdə bəşəriyyətimizi narahat edən ən ciddi sosial bəlalardan biridir. Narkomanlığa qarşı sərt şəkildə mübarizə aparan ölkələrdən biri də məhz Azərbaycandır.
Narkomaniya ilə mübarizədə ən əsas rolu düzgün maarifləndirmə və antinarkotik təbliğat oynayır.Gəncliyimizin bəlası sayılan bu işdə məktəblərin rolu əvəzsizdir.17 nömrəli tam orta məktəbdə məktəb psixoloqları Jalə Mustafayeva, Raidə İmanova,UBR Nərmin Cəlilovanın təşkilatçılığı və VIII,IX,X sinif şagirdlərlinin iştirak ilə “Narkomaniyaya yox deyək!”adlı tədbir keçirildi.Tədbirdə məktəb müdiriyyəti,müəllimlər,valideynlər və şagirdlər iştirak edirdilər.Tədbirdə çıxış edənlər dövrümüzün ağır bəlasına çevrilən narkomaniyanın zərərlərindən, insan sağlamlığı üçün təhlükələrdən,eləcə də narkotik vasitələrə yaranan asılılıqdan və ölkəmizdə narkomanlığa qarşı aparılan mübarizədən danışıblar.Gəncləri daha düzgün və uğurlu yola yönləndirmək valideynlərdən və əsasən də müəllimlərdən asılıdır.Tədbirdə şagirdlərin bu mövzuda maariflənməsi üçün səhnəciklər,şeirlər,mahnılar və videoçarxlar nümayiş etdirildi.Sonda tədbirdə iştirak edən şagirdlər fəal iştiraklarına görə ,,Təşəkkürnamə”ilə təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi