ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ SEMİNAR DƏRS KEÇİRİLDİ

 08 dekabrda 17 nömrəli tam orta məktəbdə xalqımızın Ümummilli lideri,Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar 7,,Ə” sinif şagirdlərinin iştirakı ilə fizika müəllimi Sevinc Dəmirova seminar dərs təşkil etdi.İlk öncə Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Sonra Sevinc müəllim Ulu Öndərin həyatı,onun Azərbaycan tarixində,Azərbaycan xalqının müstəqilliyində oynadığı mühüm rolu haqqında şagirdlərə məlumat verdi.Qeyd edildi ki,Ümummilli lider Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət,qeyri-adi zəka,fitri-istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür.Sonda Ulu Öndərin həyat və yaradıcılığını əks etdirən təqdimatlar və videoçarx nümayiş olundu.Seminarda iştirak edən tərbiyə işləri üzrə direktor müavini Tahir Həmzəyev dərsin yekununda qeyd etdi ki,Ulu Öndərin dediyi kimi, təhsilimizin əsas məqsədi gənc nəslə,uşaqlara təhsil verib onları gələcəyə hazırlamaq və dövlətinə, millətinə, ənənələrə, xalqına sadiq vətəndaş yetişdirməkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi