MƏKTƏBİN MÜƏLLİMİ ,,BİLİYİNİ PAYLAŞ” LAYİHƏSİNDƏ UĞURLA İŞTİRAK EDİR

  BŞTİ-nin 18.11.2022-ci il tarıxlı F-386 nömrəli əmrinə əsasən keçirilən ,,Biliyini paylaş”layihəsinin I mərhələsindən uğurla keçən məktəbimizin ibtidai sinif müəllimi Ağayeva Elmira“Gəzən Rəqəmlər”adlı layihəsini təqdim edib.O bildirir ki, həyatımızda rəqəmlərin rolu böyükdür.Biz rəqəmlərə fərqli yönlərdən baxmağı öyrənsək daha böyük nəticələr əldə edə bilərik.Rəqəmlərlə bağlı seminar və təlimləri məktəbimizin müəllimlərindən ibarət öz komandası ilə birlikdə keçirəcək.Komandanın üzvləri isə informatika müəllimi Bağırova Aytən,ibtidai sinif müəllimi İbrahimli Gülnar,ibtidai sinif müəllimi Mövsümova Sevinc müəllimədir.Məktəbin kollektivi olaraq Elmira müəlliməyə və komandasına uğurlar arzu edirik! İnanırıq ki,bu layihəni uğurla başa vurub qalibiyyət əldə edəcəklər!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi