ŞAHMAT DƏRNƏYİ

17 nömrəli tam orta məktəbdə ibtidai sinif şagirdləri üçün ,,Şahmat” dərnəyi fəaliyyət göstərir.Dərək ,,Təhsi”Respublika İdman Mərkəzinin məşqçi- müəllimi Leyla Mustafayeva tərəfindən aparılır.Tədris ilinin sonunadək davam edəcək bu dərnəkdə şagirdlər böyük həvəslə iştirak edirlər.İnsanlar tərəfindən icad olunan oyunların içərisində elə bir oyun var ki,həm idmana,həm elmə,həm də incəsənətə yaxındır.O,yaddaşı gücləndirir,diqqəti və səbri artırır, çətin vəziyyətlərdən çıxış yolu tapmaq və ani qərar qəbul etmək vərdişləri formalaşdırır.Təbii ki, bu şahmat oyunudur.

  Dərnəyə xüsusi istedadı olan şagirdlər,peşəkar şahmat müəllimi tərəfindən yoxlama-məşq dərsi vasitəsi ilə seçilir.Şahmat dərsləri həftədə üç dəfə olmaqla 90 dəqiqə müddətində keçirilir.Tədris ili boyunca şahmat dərnəyinin üzvü olan şagirdlərimiz Respublikada keçirilən şahmat dərəcə yarışmalarında iştirak edəcəklər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi