ƏHMƏD CAVADIN 130 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ NÜMUNƏVİ DƏRS TƏŞKİL EDİLDİ

  05 dekabrda 17 nömrəli tam orta məktəbdə,,Əhməd Cavadın 130 illiyi nə həsr olunmuş nümunəvi dərs ədəbiyyat müəllimi Atlas Hüseynova tərəfindən 7,,E sinif şagirdləri ilə təşkil edildi. Atlas müəllim Əhməd Cavadın həyat və yaradıcılığı haqqında məlumat verərək bildirdi ki,onun Azərbaycanın müstəqilliyi,dövlət quruculuğu sahəsindəki fəaliyyəti,həmçinin mövqeyi vətəndaşlıq poeziyamızın parlaq nümunələri yaratması ilə xarakterizə olunur. Əhməd Cavad şeir-sənət aləminə qatıldığı ilk günlərdən Azərbaycan türklərinin və türk dünyasının milli şairi kimi sevilib.Şagirdlər şairin yazdığı şeirləri səsləndirdilər və şeirlərinə bəstələnmiş mahnılari ifa etdilər.Dərs fənnlər arası inteqrasiya və tələb olunan standartlara uyğun olaraq,müəllim tərəfindən müxtəlif meyarlarda qiymətləndirmə ilə aparıldı.Şagirdlərdə milli mənəvi dəyərlər aşılanmış,dölət rəmzlərinə hörmət,xalqımızın mədəni irsini qoruyub nəsildən nəsilə öturmək və tariximizi hec bir zaman unutmamaq - kimi fikirlər aşılanmışdır.Numunəvi dərsdə məktəbin Tİ üzrə direktor müavini Tahir Həmzəyev iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi