MƏKTƏB ŞAGİRDLƏRİ BAKI ZOOLOJİ PARKINDA EKSKURSİYADA OLDULAR

  27 noyabrda 17 nömrəli tam orta məktəbin 1,,B”sinif şagirdləri sinif müəllimi Aytən Mütəllimovanın  təşkilatçılığı ilə ,,Bakı Zooloji parkında”ekskursiyada oldular.Məlum olduğu kimi, 2021-ci ilin oktyabrın 7-də IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulmuş Bakı Zooloji Parkı istimara verilib.İlk olaraq,uşaqlar zooparkda məskunlaşan vəhşi heyvan növləri ilə tanış olub, onların davranışlarını böyük maraqla izləyiblər. Uşaqlarda kiçik yaşlardan təbiətə sevgi və qayğı hissini formalaşdırmaq məqsədiləonlara canlı aləmin həyatımızdakı rolu və mühafizəsinin əhəmiyyəti barədə ətraflı məlumat verilib.Uşaqlar daha sonra müxtəlif əhliləşdirilmiş heyvanlar, o cümlədən ponilər, keçilər, dovşanlar və s. ev heyvanları yerləşən kontakt zooparkının sakinləri ilə tanış olub,onlarla oynayıb,maraqlı və əyləncəli vaxt keçiriblər.Tədbirin sonunda zooparkın ərazisində uşaqlar üçün ziyafət və şənlik təşkil edilib, xatirə fotoları çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi