MƏKTƏBDƏ ,,ZƏFƏR ” MƏKTƏBLİLƏRARASI I TARİX OLİMPİADASININ İLK TURU KEÇİRİLDİ

  26 noyabrda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə “Zəfər” məktəblilərarası 1-ci tarix olimpiadasının ilk turu məktəbdə məktəb rəhbərliyinin nəzarəti altında təşkil olundu.Sual kitabçaları əvvəlcədən hazır edildi,olimpiadanın ilk turuna nəzarət edəcək məsul şəxslər (nəzarətçilər) müəyyən edildi və müvafiq təlimatlar verildi.Olimpiadanın ilk turunda iştirak edəcək şagirdlərin sayı qədər sual kitabçaları çap edildi və imtahan vaxtı şagirdlərə paylandı. Suallar Azərbaycan və rus bölməsi üçün 2 variantda tərtib edilmişdir.Olimpiadada şagirdlərin tək-tək oturmaları təmin edildi.Şagirdlərə səhv cavab sayının düz cavablara təsir etdiyi məlumatlandırıldı.(1 səhv cavab 0,25 düz cavab balının silinməsinə səbəb olur).Olimpiada saat 11.00-dan başlanıldı,12.00-da olimpiadanın ilk turu yekunlaşdı.Bütün şagirdlərə uğurlar arzulayırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi