MƏKTƏB ŞAGİRDLƏRİ BİR SIRA MUZEYLƏRDƏ EKSKURSİYADA OLDULAR

  20 noyabr payız tətilində 17 nömrəli tam orta məktəbin tarix müəllimi Samirə Soltanəliyeva 5,,A” sinif şagirdlərinin iştirakı ilə dərs planına uyğun olaraq ,,İcərişəhər”, ,,Şirvanşanlar  sarayı kompleksi”,,,Qız qalası”,,Zoologiya muzeyinə”gəzinti təşkil etmişdir.Ekskursiya zamanı şagirdlər əzəmətli Qız Qalasının -Şirvanşahlar Saray Kompleksinin yaranma tarixi ilə yaxından tanış olmuş,kompleksde yerləşən divanxana,Şirvanşahlar türbəsi,Şah məscidi,Saray hamami,Ovdan,saray alimi Seyid Yəhya Bakuvinin türbəsi və Keyqubad məscidinin qalıqlarını ziyarət etmişlər.Şagirdlərimizdə saray - kompleksindən tapılmış orta əsrlərə aid əşyalar,döyuş və əmək alətləri,milli geyim və xalı nümunələri böyük maraq oyatmışdır.Muasir dövrdə Şirvanşahlar sarayı Azərbaycan memarlığının incisi hesab edilir.Şagirdlərimiz maraqla bütün məlumatları dinləmiş və möhtəşəm tarixi irsimizlə yaxından tanış olmuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi