MƏKTƏB ŞAGİRDLƏRİ MÜKAFATLANDIRILDI

  24 noyabrda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində “Uşaqların əmək hüquqları” mövzusunda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi “Məktəblinin dostu” layihəsinin dəstəyi ilə keçirilən təlimlərdə bilik və aktiv iştirakları ilə seçilən IX-XI sinif şagirdləri ilə tədbir keçirilib.Xidmətin rəhbər vəzifəli şəxsləri Bakı şəhəri Xətai rayonunda yerləşən 17 və 95 nömrəli tam orta məktəblərinin və Nərimanov rayonunun 200 nömrəli məktəb-lisey kompleksinin şagirdləri ilə görüşüb.Səmimi söhbət əsasında keçən görüşdə Nazirliyin əmək və əhalinin,xüsusilə uşaqların sosial müdafiəsi sahəsində gördüyü işlər barədə məlumat verilib.Məktəblilər keçirilən təlimlər barədə təəssüratını və gələcək planlarını bölüşüb, bu kimi tədbirlərin onları daha da ruhlandırığını bildiriblər.Görüşün sonu  təlimlərdə aktiv iştiraka görə bir sıra şagirdlərlə yanaşı 17 nömrəli tam orta məktəbin 9,,E”sinif şagirdi Elgün İmayılzadə, 10,,D”sinif sagirdləri Sami Kərimli və Nəzirə İsgəndərliyə də sertifikat və hədiyyələr təqdim edilib.Görüşdən sonra məktəblilər vətəndaşlara əmək münasibətləri, ümumiyyətlə sosial sahə üzrə xidmətlərin göstərilməsi prossesi,həmçinin sosial sahədə könüllü fəaliyyəti ilə tanış olmaq üçün 4 saylı Bakı DOST Mərkəzinə gediblər.Sonra isə istehsalat şəraitini,əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarına riayət edilməsi vəziyyətini canlı müşahidə etmək üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin Yanacaq və enerji resurslarının idarə edilməsi departamentində olublar.Təlimlərin və tədbirin keçirilməsində məqsəd şagirdləri əmək qanunvericiliyinin tələbləri ilə bağlı maarifləndirmək,həmçinin onların da əhatəsindəki şəxsləri məlumatlandırmasına şərait yaratmaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi