İSTİQLAL ŞAİRİ ƏHMƏD CAVADIN 130 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan ədəbiyyatının, Azərbaycan məktəb və pedaqoji fikir tarixinin görkəmli nümayəndəsi,tanınmış maarifçi və ictimai-siyasi xadim,tərcüməçi,istiqlal şairi Əhməd Cavadın 130 illik yubileyinin keçirilməsi haqqında 20 aprel 2022-ci ildə sərəncam imzalamışdır.

Əhməd Cavad istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən, müstəsna mövqeyə malik söz ustadlarındandır. O, daimi ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olub,dövrün parlaq şəxsiyyətləri sırasında ağır represiyalara məruz qalaraq, sovet tatalitarizminin qurbanına çevrilib.

 17 nömrəli tam orta məktəbdə ədəbiyyat müəllimləri Kəmalə Zamanova və Şölə Qurbanovanın təşkilatçılığı və 9,,F”,9,,Ç”və 10,,K” sinif şagirdlərinin iştirakı ilə  "Əhməd Cavad-130"yubiley tədbiri təşkil edildi. Tədbirdə çıxış edən Şölə müəllim milli istiqlal şairi Əhməd Cavadın həyat və yaradıcılığı, çoxcəhətli fəaliyyəti haqqında məlumat verdi.Sonra tədbirdə iştirak edən Tİ üzrə direktor müavini Tahir Həmzəyev vurğuladı ki, Əhməd Cavad Vətəninə, elinə, bütövlükdə Türk dünyasına bağlı əsl mücahid olub, türkçuluyə sevgisinə görə dövrün sovet ideoloqları tərəfindən böyük təhlükə kimi qələmə verilib. Bu səbəbdən də Vətən sevdalı şair amansız 1937-ci il repressiyasının qurbanı olub.Sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı və Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş etdirildi.

.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi