“İNSAN HÜQUQLARI ”NA HƏSR OLUNMUŞ SEMİNAR DƏRS TƏŞKİL EDİLDİ

  17 nömrəli tam orta məktəbin 10,,C”sinif şagirdlərinin iştirakı ilə məktəbin Tİ üzrə direktor müavini Tahir Həmzəyev  tərəfindən,,İnsan hüquqlarl” mövzusunda maarifləndirici seminar dərs təşkil edildi.

İnsan hüquqları ”nın təşkil olunmasının əsas məqsədi 10 dekabr 1948-ci ildə BMT Baş Məclisi tərəfindən bəyan edilmiş İnsan hüquqları haqqında Ümumi Bəyannaməni nəzərə alaraq insan hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir.Seminarda çıxış edən Tahir müəllim şagirdlərə insan hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik,dövlət tərəfindən insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verdi.Sonra çıxış edən məktəbin psixoloqu Jalə Müstafayeva “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının, o cümlədən də insan hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar haqqında danışdı.Sonda insan hüquqlarına həsr olunmuş videoçarx nümayiş etdirildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi