MƏKTƏBDƏ IX-XI SİNİF ŞAGİRDLƏRİ İLƏ ,,ƏMƏK MÜQAVİLƏLƏRİNIİN BAĞLANMASI QAYDALARI”NA HƏSR OLUNMUŞ TƏLİM KEÇİRIİLDİ

  Bakı şəhəri 17 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri ilə əmək qanunvericiliyinin tələbləri,15-18 yaş arası şəxslər üçün əmək müqaviləsinin bağlanılması qaydaları,iş şəraitinin şərtləri,onlar üçün nəzərdə tutulan təminat və güzəştlər barədə təlim təşkil olundu.Təlim təqdimatlar vasitəsilə interaktiv formada keçirildi.Qeyd edək ki,təlim İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) elan etdiyi “Uşaq Hüquqları Aylığı” çərçivəsində (2022-ci il 20 oktyabr-20 noyabr) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən Elm və Təhsil Nazirliyinin “Məktəblinin dostu” layihəsinin dəstəyi ilə təşkil olunub.Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb,mövzu barədə müzakirə aparılıb və maarifləndirici bukletlər təqdim edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi