MƏKTƏB KİTABXANASINDA ƏHMƏD CAVADIN 130 İLLİYİNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLDİ

  14 noyabrda 17 nömrəli tam orta məktəbdə Azərbaycan xalqının istiqlal mübarizəsinə layiqli töhfələr vermiş vətənpərvər şair Əhməd Cavadın anadan olmasının 130 illiyinin qeyd edilməsi haqqında Bakı şəhəri üzrə Təhsil İdarəsinin tədbirlər planına əsasən Əhməd Cavadın həyat və yaradıcılığına həsr olunmuş maarifləndirici tədbir təşkil olundu.Tədbir kitabxana əməkdaşları Sevil Qurbanova və Quluzadə Fatma tərəfindən məktəbin 6"E" sinif şagirdlərinin iştrakı ilə məktəb kitabxanasında keçirildi.Əhməd Cavad istiqlal şairi kimi özünəməxsus dəst-xətti ilə seçilən,müstəsna mövqeyə malik söz ustadlarındandır.O,daimi ictimai-siyasi hadisələrin qaynar nöqtələrində olub,dövrün parlaq şəxsiyyətləri sırasında ağır represiyalara məruz qalaraq,sovet tatalitarizminin qurbanına çevrilib.Şagirdlər Əhməd Cavadın həyat və yaradıcılığı ilə yaxından tanış oldular.  

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi