ZƏFƏR GÜNÜ İLƏ BAĞLI SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLDİ

   Həftə ərzində"Zəfər Günü"nə həsr olunmuş bir sıra silsilə tədbirlər 17 nömrəli tam orta məktəbin 3"D" sinfində sinif müəllimi Günay Hüseynova tərəfindən"Zəfər bizimlədir!" adlı tədbir təşkil olundu.Şəhidlərimizin ruhu 1 dəqiqəsükutla, dərin hörmətlə yad edildi.Tədbirdə Günay müəllim şagirdlərə zəfər tariximiz haqqında məlumat verdi.Sonra tədbirdə iştirak edən məktəbin TT işləri üzrə direktor müavini Nərgiz Hüseynova öz çıxışında 44 günlük qəhrəmanlıq səlnaməsinin tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacağından danışdı.Şagirdlər,,Zəfər günü”nə hazırladıqları foto şəkilləri nümayiş etdirdilər,vətənpərvərliklə bağlı şeirlər, mahnılar səsləndirdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi