,,BAYRAQ GÜNÜ”NƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA” TƏŞKİL EDİLDİ

 07 noyabrda 17nömrəli tam orta məktəbi rus bölməsinin 9,,C” sinif şagirdləri ilə Azərbaycan dili müəllimləri Şölə Qurbanova və Sevda CəfərovaBayraq günühəsr olunmuş “Dəyirmi masa” keçirdilər.İlk öncə dərs Azərbaycan Respublikasının Dövlət Himni səsləndi,sonra isə Qarabağ müharbəsində şəhid olmuş əsgərlərimizin ruhu 1 qəqiqəlik sükutla yad edildi.Üçrəngli bayraq ilk dəfə 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilib. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Ümummilli Lider Heydər Əliyevin sədrliyi ilə keçirilən sessiyasında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı muxtar respublikanın bayrağı kimi qəbul olunub.1991-ci il fevralın 5-də üçrəngli bayraq Azərbaycan Respublikasının Ali Soveti tərəfindən təsdiq olunub.2009-cu il noyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi ilə bağlı Sərəncam imzalayıb. Həmin Sərəncama əsasən, noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı Günü elan edilib.Bu və Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin başçılığı ilə Rəşadətli Azərbaycan ordusunun Vətən Müharibəsi zamanı qazandığı zəfərlə bağlı ətraflı məlumat verdilər.28 ildən artıq işğal altında olan torpaqların erməni vandallarından azad edilməsinin tarixi hadisə olduğunu və bu hadisəni heç vaxt unutmamağı tövsiyyə etdilər.Şagirdləri maraqlandıran suallara ətraflı cavab verdikdən sonra,şagirdlərin hazırladıqlarlı şeyrlər səsləndi,təqdimatları nümayiş etdirildi və çəkdikləri rəsmlər sərgiləndi.Tədbirdə  məktəbin TT işləri üzrə direktor müvini Bəturə Sanıyeva də iştirak edirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi