“NARKOMANİYAYA YOX DEYƏK!” MÖVZUSUNDA TƏDBİR KEÇİRİLDİ

  01 noyabrda 17 nömrəli tam orta məktəbdə yeniyetmələr arasında hüquqa zidd əmələrə,zərərli vərdişlərə,nizam-intizam qaydalarına riayət olunmasına,müəllim-şagird münasibətlərinin normalara uygun olması və “Narkomaniyaya yox deyək!”mövzularında Bakı şəhəri Xətai rayon Polis İdarəsinin rəisi polkovnik İlqar Məmmədov,Xətai RPİ-nin şəxsi heyyət üzrə koməkçisi polkovnik-leytenantı İdris Məhərrəmov,Xətai RPİ-nin YYÇ üzrə şöbənin rəisi kapitan Leyla xanım,34 PB-nin YYÇ üzrə inspektorları,Bakı şəhər Narkoloji mərkəzin əməkdaşı Asif Kəngərli,Psixoloji mərkəzin əməkdaşı Könül xanım,17 nömrəli tam orta tam orta məktəbin direktoru Nazilə Əliyeva ilə X sinif şagirdləri arasında görüş keçirildi.Tədbir zamanı yuxarıda adı çəkilən mövzular ətrafında geniş söhbət aparıldı.Çıxış edən natiqlər narkomaniyanı bəşəriyyətin ən böyük bəlası adlandıraraq şagirdlərə onun cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu,sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini,insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu vurğulayıblar.

  Tədbirdə məktəbliləri maraqlandıran suallara cavab verməklə,diskusiyalar da keçirildi.Sonda narkomaniyaya həsr edilmiş,,Ağ ölüm!”filmi nümayiş olundu.

Tədbirin keçirilməsi iştirakçılar tərəfindən təqdirəlayiq bir addım kimi qeyd olundu.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi