“QARABAĞ QƏDİM AZƏRBAYCAN DİYARI ” MÖVZUSUNA HƏSR OLUNMUŞ SEMİNAR DƏRS KEÇİRİLDİ

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 22.09.2022-ci il tarıxli F-300 nömrəli əmri ilə təsdiq olunmuş ,,7-dən 17-yə vətənpərvər! layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planına əsasən 31oktyabrda 17 nömrəli tam orta məktəbin 8,,E”sinif şagirdlərinin iştirakı ilə coğrafiya müəllimi Samirə Daşdəmirova “Qarabağ qədim Azərbaycan diyarı”mövzusunda seminar dərs təşkil etdi.Kiçik Qafqazın cənub-şərq hissəsində yerləşən bu rayona Cəbrayıl,Füzuli, Xocavənd, Ağdam,Xocalı,Tərtər,Şuşa,Xankəndi əraziləri daxildir.Qarabağ əcdadlarımızdan bizə qalan ən dəyərli mirasdır,çox qədim tarixə malik olan bir ərazidir. Azərbaycan mədəniyyətinin beşiyi adlandırılan Qarabağ ölkəmizin qərb hissəsində,Ermənistan və İranla sərhəd bölgəsində yerləşir.Qarabağ torpaqları tarixən Qafqaz Albaniyasının tərkibində olub.1812-ci ildə Qarabağ xanlığı güclü Rusiya imperiyası tərəfindən işğal edilir və bunun nəticəsində minlərlə erməni yavaş-yavaş Qarabağ ərazisinə köçürülməyə başlayır.XIX yüzilin 30-cu illərində ermənilərin məqsədyönlü şəkildə köçürülmə siyasəti davam etdirildi.Onlar əsəasən Qarabağın dağlıq hissəsində məskunlaşdırıldı.Qədim mədəniyyət tarixinə mənsub olan Qarabağ bölgəsində insanlar əsrlər boyu şərəfli yaradıcılq yolu keçmişdir.Qədim məşğuliyyət növü olan əl sənəti,oyma, bəzək işləri inkişaf etmiş və memarlıq sənətinə qədər yüksəlmişdir.Bütün bunlar barədə şagirdlərə ətraflı məlumat verildi.Bu ərazilərin azad olunmasında,şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulandı.Sonda şagirdlərimizin çəkdikləri plakatlar,təqdimatlar və Qarabağın təbiətinə həsr olunmuş videoçarxlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi