MƏKTƏB ŞAGİRDLƏRİNƏ “İLK YARDIM ” MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ TƏLİM KEÇİRİLDİ

 31 oktyabrda 17 nömrəli tam orta məktəbdə,,Məktəblinin dostu”layihəsinin əməkdaşı Gülşən Əhmədova tərəfindən 7,,A,7,,B,7,,Esinif şagirdlərinin iştirakı ilə maarifləndirici ,,İlk yardım”mövzusunda təlim keçirildi.

Təlimdə çıxış edən Gülşən xanım ilk tibbi yardım zamani hər hansı bir qəza və ya həyati təhlükə yaradan bir vəziyyətdə həkimlərin  köməyi təmin edilənə qədər həyatın xilas olunması və ya vəziyyətin daha da pisləşməsinin qarşısını almaq məqsədi ilə hadisə yerində tibbi vəsaitsiz, mövcud vasitə və vəsaitlərlə edilən dərmansız müalicə.Hər hansı zədə (əzilmə, sınıq,yanıq,qanaxmalar,süni tənəffüs və s.) almış və ya qəfildən xəstələnmiş şəxsin həyatını xilas etmək və sağlamlığını bərpa etmək üçün ona göstərilmiş ilk həkiməqədər yardımın böyük əhəmiyyəti vardır.Hadisə yerində ( dərsdə, küçədə, evdə və s.) bir sıra sadə tədbirləri yubanmadan həyata keçirməklə ağır fəsadların və xoşagəlməz nəticələrin qarşısını almaq mümkündür.İlk tibbi yardım zədələnmə yerində təcili (15 dəq) göstərilməlidir

 Qarşılıqlı diskussiya şəraitində keçən təlimdə şagirdləri maraqlandıran suallara cavab verilib,qarşılıqlı fikir mübadiləsi aparıldı.Sonda xüsusi maarifləndirici videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi