“UŞAQ HÜQUQLARI AYLIĞI”NA HƏSR OLUNMUŞ SEMINAR TƏŞKİL EDİLDİ

  20 oktyabr-20 noyabr tarixlərini əhatə edən aylıq çərçivəsində 28 oktyabrda 17 nömrəli tam orta məktəbin 5,,D”və5,,Ç”sinif şagirdlərinin iştirakı ilə məktəbin Tİ üzrə direktor müavini Tahir Həmzəyev tərəfindən uşaq hüquqları mövzusunda maarifləndirici  seminar təşkil edildi.

 “Uşaq hüquqları aylığı”nın təşkil olunmasının əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü,20 noyabr-Ümumdünya Uşaqlar Günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması və uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. Tahir müəllim şagirdlərə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumatlar verərək bildirdi ki,ölkə Prezidenti İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nda əhalinin müxtəlif qruplarının,o cümlədən də uşaq hüquqlarının müdafiəsi ilə bağlı təsbit olunan müddəalar uğurla həyata keçirilir.Sonda uşaq və insan hüquqlarına həsr olunmuş videoçarx nümayiş etdirildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi