“QARABAĞIN TƏBİƏTİ ” MÖVZUSUNA HƏSR OLUNMUŞ SEMİNAR DƏRS KEÇİRİLDİ

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) 22.09.2022-ci il tarıxli F-300 nömrəli əmri ilə təsdiq olunmuş ,,7-dən 17-yə vətənpərvər! layihəsinin keçirilməsi ilə bağlı tədbirlər planına əsasən 17 nömrəli tam orta məktəbin 9,,E”sinif şagirdlərinin iştirakı ilə coğrafiya müəllimi Könül Səfərova “Qarabağın təbiəti”mövzusunda seminar dərs təşkil etdi.Kiçik Qafqazın cənub-şərq hissəsində yerləşən bu rayona Cəbrayıl, Füzuli, Xocavənd, Ağdam,Xocalı, Tərtər, Şuşa, Xankəndi əraziləri daxildir.Relyefi, əsasən,dağlıqdır.Yuxarı Qarabağ iqtisadi-coğrafi rayonunun şimal hissəsini Qarabağ silsiləsinin şimal-şərq ətəkləri və Murovdağ silsiləsinin cənub yamacları,mərkəzi, qərb və cənub hissələrini Qarabağ silsiləsinin şərq yamacları,şimal-şərq və şərq hissəsini Qarabağ və Mil düzənliklərinin qərb kənarları tutur.Murovdağ və Qarabağ silsilələri Qarabağ və Mil düzlərinə tərəf alçalan bir neçə yan qola ayrılmışdır. Silsilə və onların yan qollarının çaylarla parçalanması nəticəsində dərin və sıldırım yamaclı dərələr əmələ gəlmişdir.Orta dağlıqda çay dərələrinin genişləndiyi sahələrdə dağarası çökəkliklər barədə şagirdlərə ətraflı məlumat verildi.Bu ərazilərin azad olunmasında,şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulandı.Sonda şagirdlərimizin çəkdikləri plakatlar,təqdimatlar və Qarabağın təbiətinə həsr olunmuş videoçarxlar nümayiş etdirildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi