MƏKTƏBDAXİLİ İNTİZAM QAYDALARI HAQQINDA IX-XI SİNİF ŞAGİRDLƏRİ İLƏ MAARİFLƏNDİRİCİ SÖHBƏT TƏŞKİL EDİLDİ

  21 oktyabrda məktəbin IX-XI sinif şagirdləri ilə məktəb müdiriyyəti görüş keçirdi.Bu görüşdə məktəbin direktoru Nazilə Əliyeva şagirdlərə məktəbdaxili yeni intizam qaydaları haqqında ətraflı məlumat verdi.

Daxili intizam qaydaları şagirdlərin həyat və sağlamlığının təminatına.tədris prosesinin təhlükəsizliyinin təminatına,məktəbdə,hər bir şagirdin uğurlu təliminə köməklik edən,normal iş şəraitinin yaradılmasına,şəxsiyyətə və onun hüquqlarına hörmətin tərbiyə edilməsinə,davranış mədəniyyətin və ünsiyyət bacarıqlarının inkişafına istiqamətlənib.

 Aparılmış keyfiyyət monitorinqlərinin nəticələrinin təhlili məktəb proseslərinin tənzimlənməsi ilə bağlı bir sıra prosedurların yenilənməli və ya təkrar hazırlanmalı olduğunu bir daha göstərdi.O cümlədən, şagird davranışının və valideyn-məktəb ünsiyyətinin tənzimlənməsi ilə bağlı qaydaların yenidən işlənməsinə ciddi zərurət yaratdı.

Daxili intizam qaydaları Azərbaycan Respublikasının Təhsil Qanunu, təhsil məsələləri üzrə digər normativ aktların,Ümumtəhsil məktəbinin Nizamanməsinin əsasında qəbul olunması nəzərdə tutulur.Görüş şagirdlər tərəfindən maraqla qarşılandı və sonda şagirdləri maraqlandıran suallar cavablandırıldı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi