QƏHRƏMANLAR UNUDULMUR

  27 sentyabr 44 günlük Vətən müharibəsinin ildönümü münsibətilə tədbirlər planına əsasən məktəbimizdə Anım Gününə həsr olunmuş tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı və  Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Tədbir biologiya müəllimi Xəyalə Cəfərova tərəfindən 6,,Dvə 8,,Esinif şagirdlərinin iştirakı ilə təşkil edildi.Xəyalə müəllim 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq,Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Silahlı Qüvvələrinin işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən Müharibəsinə başladığını şagirdlərin diqqətinə çatdırdı.Qəhrəman oğullarımızın şücaəti, şəhidlərimizin qanı,canı bahasına bütün dünyanın Azərbaycanın şanlı qələbəsinə şahid olduğu barədə şagirdlərə geniş məlumatlar verildi.Sonra şagirdlər tərəfindən vətənpərvərlik mövzusunda şüarlar və şeirlər səsləndirildi.Tədbirin sonunda 27 sentyabr,,Anım günü”nə həsr olunmuş sənədli videoçarx nümayiş etdirildi. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi