YENİ MƏKTƏBLİ FORMALARI SİNİF VALİDEYN KOMİTƏLƏRİ İLƏ MÜZAKİRƏ OLUNDU

 Yeni məktəbli formalarının nümunələri Nazirlər Kabineti tərəfindən təsdiq olunub.2022/2023-cü tədris ilindən tətbiq ediləcək geyim formalarının 4 rəngdə nümunəsi təklif olunur.28 iyunda 17 nömrəli tam orta məktəbdə rəhbərlik tərəfindən sinif valideyn komitələrinin iştirakı ilə yeni məktəbli formalarının müzakirəsi aparıldı,vahid məktəbli geyiminin forması,rəngi haqqında valideynlərin fikirləri dinlənildi.Məktəbli geyim nümunələrinin şəkilləri nümayiş olundu.Sonra məktəbin psixoloqları Raidə İmanova və Jalə Mustafayeva valideynlərə təqdim olundu,onlar isə valideynlərlə,,Şagirdlərin yaş xüsusiyyətlərinə uyğun davranışlar”mövzusunda söhbərlər apardılar.Sonda valideynləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi