,,ƏLVİDA İBTİDAİ SİNİF !”TƏDBİRİ KEÇİRİLDİ

   Məktəbdə tədris ilinin sona yetməsi ilə əlaqədar olaraq 03 iyunda 17 nömrəli tam orta məktəbin 4”Ə”sinif şagirdləri sinif müəllimi ElmiraAğayevanın təşkilatçılığı ilə“Əlvida,ibtidai məktəb!”adlı tədbir keçirildi.Bu tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayaraq,bütün şagirdlərin və valideynlərin yaddaşına maraqlı,yadda qalan bir gün kimi həkk olundu.Tədbirdə məktəb müdiriyyəti,müəllimlər,valideynlər və məktəbəqədər hazırlıq qrupunda oxuyan balaca fidanlar da iştirak edirdilər.Məktəblilərin ifasında müxtəlif şeirlər söylənildi,mahnı və rəqslər ifa olundu.Onlar öz sevinclərini izləyicilərlə bölüşərək,fərdi bacarıqlarını məharətlə nümayiş etdirə bildilər.Onları bilik və bacarıqla silahlandıran sinif müəlliminə təşəkkür dolu nəğmələr,və şeirlər səsləndirdilər.Kövrək notlarla yekunlaşan tədbir hamı tərəfindən maraqla qarşılandı.Tədbirdə iştirak edən məktəbin TT işləri üzrə direktor müavinləri Nərgiz Hüseynova,Bəturə Sanıyeva və Tİ üzrə direktor müavini Tahir Həmzəyev də sonda xoş sözlərlə çıxış edərək,balaca fidanlara gələcəkdə yeni təhsil nailiyyətləri arzuladılar.Ümid edirik ki,bu ilin məktəbəqədər hazırlıq qrupunda oxuyan balaca fidanlar təhsil pillələrini uğurla qalxacaq, ölkəmizin adını yüksəklərə qaldıraraq gələcəyin maarifpərvər ziyalılarından olacaqlar.Bu yolda onlara uğurlar arzulayırıq!

 

 

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi