MƏKTƏB ŞAGİRDLƏRİ 1 İYUN-UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏSİ GÜNÜNƏ HƏSR OLUNMUŞ ,,UŞAQ FESTİVALI”NDA İŞTİRAK ETDİLƏR

 Heydər Əliyev Mərkəzinin parkında keçirilən“Uşaq festivalı”Heydər Əliyev Mərkəzinin təşkilatçılığı,Heydər Əliyev Fondu,Təhsil Nazirliyi,Nərimanov rayon İcra Hakimiyyəti və“Regional İnkişaf”İctimai Birliyinin dəstəyi ilə təşkil edildi.1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təşkil olunacaq festival balacalara bayram əhvalı yaşatmaqla yanaşı,həm də onların xoşbəxt,sağlam böyüyüb yetişməsinə, təhsil almasına,layiqli vətəndaş kimi formalaşmasına bir daha cəmiyyətin diqqətini yönəltmək məqsədi daşıyırdı.Heydər Əliyev Mərkəzinin parkındakı festivalda müxtəlif əyləncə və maarifləndirici proqramlar təqdim olundu.Hər bir uşaq öz marağına uyğun əyləncə seçib asudə vaxtını səmərəli keçirdilər.Belə ki,idmansevərlər üçün mini turnirlər, yarışlar,interaktiv oyunlar təşkil ediləcək, şahmat yarışlarında iştirak etdilər,Olimpiya çempionları ilə görüş fürsəti yaradıldı.Yüksək texnologiyaya maraq göstərən uşaqlar interaktiv dərslərdə dronların hazırlanma prosesi ilə də tanış oldular.Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil etdilər.Art zona, kitabsevərlər guşəsi,rəqs,meydançaları,kater yarışı,konsert proqramları və digər əyləncələr balacalara gözəl xatirəyə dönəcək anlar yaşatdı.Keçirilən müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim olundu.Heydər Əliyev mərkəzəzinin parkında təşkil edilən,,1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş,,Uşaq festivalın”da 17 nömrəli tam orta məktəbin 7,,E”sinif şagirdləri və sinif müəllimi Xəyalə Cəfərova da iştirak etdilər.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi