28 MAY AZƏRBAYCAN RESPUBLİKASI ,,MÜSTƏQİLLİK GÜNÜ”NƏ HƏSR OLUNMUŞ XÜSUSİ DƏRSLƏR KEÇİRİLDİ

  28 May 1918-ci il tarixində müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür.1990-cı ildən Cümhuriyyət Günü ölkədə dövlət bayramı kimi qeyd edilir.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradıldı. Bu respublika azərbaycanlıları tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoyub.

  Məhəmməd Əmin Rəsulzadə tərəfindən əsası qoyulan Azərbaycan Xalq Cümhuriyyəti türk və İslam dünyasında ilk parlamentli cümhuriyyət və ilk demokratik, hüquqi və dünyəvi dövlət nümunəsi idi

  Azərbaycan Demokratik Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərə bildi.Təəssüflər olsun ki, müstəqil Azərbaycan Cümhuriyyəti iki yaşına çatmadan bolşeviklərin hücumuna məruz qalıb müvəqqəti olaraq devrildi. Sovetlər Birliyi, Azərbaycanı məcburi surətdə öz tərkibinə daxil etdi. Bolşeviklər tərəfindən devrilməsinə baxmayaraq, istiqlal ideyası yenilmədi və 1991-ci ildə Sovet İmperiyasının dağılması ilə Azərbaycan yenidən öz müstəqilliyini elan etdi.Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi:“Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq,onu Azərbaycanın dövlət müstəqilliyi günü -Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır"Ümummilli Liderin bu siyasətini Prezident İlham Əliyev uğurla davam etdirir.27 mayda məktəbin 1,,B,1,,C,1,,Ç,1,,D,1,,E,2,,A,2,,D,2,,Ç,2,,E,2,,Ə, 3,,A,3,,D,4,,C,4,,E,4,,Gvə s sinif müəllimləri xüsusi dərslər təşkil etdilər.Sinif müəllimləri ilk öncə sagirdlərə Azərbaycan Xalq Cümhuriyyətinin yaranması haqqında qısa məlumat verdilər və video materialları təqdim etdilər.Sonra şagirdlər şeirlər söylədilər və çəkdikləri rəsmləri nümayiş etdirdilər.Dərs şagirdlərin böyük marağına səbəb oldu.,

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi