“MƏKTƏB KOMANDASI ,,IX GƏNC XİLASEDİCİ VƏ YANĞINSÖNDÜRƏN”RESPUBLİKA YARIŞINDA İŞTİRAK ETDİ

 20 mayda 17 nömrəli tam orta məktəbin komandası FHN Dövlət Yanğından Mühafizə Xidməti Binəqədi Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin ərazisində keçirilən ,,IX Gənc xilasedici və yanğınsöndürən”respublika yarışında iştirak etmişdir.FHN-nin  təşkilatçılığı,TN,Gənclər və İdman Nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə şəxsi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub.Tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başladı.Yarış "Kombinə edilmiş yanğın estafeti”,"Maneələr zolağı” və "Komandaların təqdimatı”adlı üç mərhələdən ibarət olub.Yarışlar ayrı-ayrılıqda Sumqayıt şəhəri,Abşeron və Xızı rayonları üzrə keçirilib.Gərgin mübarizə şəraitində keçən yarışlarda hərbi rəhbər Səbuhi Zamanovun rəhbərliyi ilə məktəb komandası  fəal iştirakına görə  fərqlənmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi