BALACA FİDANLARIN “ÜMUMDÜNYA METROLOGİYA”GÜNÜNƏ HƏSR OLMUŞ ÇIXIŞLARI

 Ümumdünya Metrologiya Gününün tarixi 1875-ci ilin 20 mayından Parisdə Beynəlxalq Diplomatik Konfransda 17 inkişaf etmiş ölkənin hökumət nümayəndələrinin məşhur Metrik Konvensiyasını imzalamaqla başlayıb.Konvensiyaya uyğun olaraq Çəkilər və Ölçülər üzrə Beynəlxalq Büro (BİPM) yaradılıb, ölçmələr üzrə elm sahəsində beynəlxalq əməkdaşlığın əsasları və onun sənayedə, ticarətdə, cəmiyyətin mənafeyi naminə praktiki tətbiqi mexanizmləri işlənib hazırlanıb.Mərhum lider Heydər Əliyev tərəfindən 13 iyun 2000-ci ildə təsdiq olunmuş "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu, daha sonra 13 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş eyni adlı, lakin müasir dövrün tələblərinə uyğun hazırlanmış yeni Qanun bu sahənin prioritet istiqamətlərini müəyyənləşdirib və metrologiyanın inkişafına ciddi təkan olub.Azərbaycanda metrologiya sahəsi üzrə dövlət siyasətini Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirməkdədir.Bu sahənin beynəlxalq tələblər səviyyəsində inkişafına nail olmaq məqsədilə Azərbaycan Respublikası Prezidentinin 4 aprel 2012-ci il tarixli Fərmanı ilə Komitə yanında Dövlət Metrologiya Xidməti yaradılıb.

 20 mayda 17 nömrəli tam orta  məktəbdə “Ümumdünya Metrologiya”gününə həsr olunmuş tədbir 4,,E” sinif şagirdlərinin iştirakı ilə sinif müəllimi Gülnar İbrahimlinin rəhbərliyi ilə təşkil edilmişdir.Bədii kompozisiyada şagirdlərin ifasında milli nağıllar əsasında hazırlanmış səhnəcik və şeirlər səsləndi.Balaca fidanların təqdim etdiyi şeirlər və kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla izlənildi.Qrup işlərində şagirdlər fəal iştirak edərək,hazırladıqları işləri yüksək səviyyədə təqdim etdilər.Tədbirdə məktəbin təlim tərbiyə işləri üzrə direktor müavini Nərgiz Hüseynova və metodbirləşmə sədri Elmira Ağayeva iştirak edirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi