"ZƏFƏR TARİXİ"NƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLDİ

  BŞTİ-nin 18.04.2022-ci il tarixli F-146 nömrəli əmrinə və məktəbin fəaliyyət planına uyğun olaraq 17 nömrəli tam orta məktəbdə 18 mayda keçirilən konfransın II hissəsində “Zəfər tarixi”fənninin tədrisi,şagirdlərin vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlər barəsində tarix müəllimləri Leyla Qəribova,Vüsalə Əliyeva,Samirə Soltanəliyeva çıxış etdilər.Konfransda məktəbin direktoru Nazilə Əliyeva,TT işləri üzrə direktor müavinləri Sanıyeva Bəturə,Lyudmila Əsgərova,Tİ üzrə direktor müavini Tahir Həmzəyev,tarix fənn müəlimləri II Qarabağ Vətən müharibəsi iştirakçıları polkovnik Mürşüd Abbasov,məzunlarımız Tural Əsgərov və Murad Mirzəzadə iştirak etdilər.Onlar öz çıxışlarında qeyd etdilər ki,Zəfər bayrağımızı həmişə uca tutmalı vətənpərvər olmağı,Vətəninə sevgi və məhəbbət hissinin,vətəndaş məsuliyyətinin,hər an Vətəninin və xalqının müdafiəsinə qalxmağa hazır olmalıyıq.Sonra məktəb şagirdlərinin hazırladıqları rəqslər,musiqi nömrələri,şeirlər dinlənildi və fərqlənən müəllim,şagirdlər diplomlarla təltif edildilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi