“İNSAN İMMUNÇATIŞMAZLIĞI VİRUSU(İİV)-İNFEKSİYASI” HAQQINDA MAARİFLƏNDİRİCİ SEMİNAR DƏRS TƏŞKİL EDİLDİ

  18 mayda 17 nömrəli tam otra məktəbdə“İİV-infeksiyası”mövzusunda maarifləndirici seminar dərs biologiya müəllimi Tahir Həmzəyev tərəfindən rus bölməsinin 8,,C”sinif şagirdlərinin iştirakı ilə təşkil edildi.Biologiya müəllimi Tahir Həmzəyev yeniyetmə və gənclərə,,İİV-infeksiyası”nın törətdiyi fəsadlar barədə geniş və ətraflı məlumat verdi.Dərsin əsas məqsədi şagirdlərə,,İnsanın immunçatışmazlığı virusu”nun törətdiyi xəstəliklə mübarizə haqqında qanuna əsasən Azərbaycan Respublikası ərazisində insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (İİV infeksiyasının) profilaktikasının, diaqnostikasının, müalicəsinin, İİV-lə yaşayan şəxslərə tibbi və sosial-psixoloji yardım göstərilməsinin hüquqi əsasları və QİÇS-qazanılmış immunçatışmazlığı sindromu (İİV infeksiyasının son mərhələsində insanın immun sisteminin dərin zədələnməsi nəticəsində yaranan xəstəlik)haqqında məlumatların verilməsi idi.Sonda,,İİV-infeksiyası”haqqında videofilm nümayiş etdirildi və şagirdləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi