MƏKTƏB ŞAGİRDİ ,,BAKI MARAFONU 2022”DƏ IŞTİRAK ETDİ

  Heydər Əliyev Fondunun təşəbbüsü ilə 5-ci dəfə Bakı marafonuna start verilib.“Bakı Marafonu 2022”də 15 minədək iştirakçılar arasında Azərbaycan vətəndaşları ilə yanaşı,ölkəmizdə yaşayıb çalışan əcnəbilər, eləcə də bir sıra digər ölkələrdən iştirakçılar marafonda iştirak üçün müraciət ediblər.Qeydiyyatdan keçənlər sırasında ABŞ,Almaniya, BƏƏ, Böyük Britaniya, Çin, Fransa, Kamerun, Nigeriya,Qazaxıstan,Rusiya,Türkiyə, Ukrayna,Uqanda və digər ölkələrdən iştirakçılar var idi.“Küləyə qalib gəl”şüarı altında keçirilən Bakı marafonu bu il fərqli marşrutda təşkil edilib.Yarışın start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanındadır.21 kilometrlik məsafəni əhatə edən marafon bu marşrut üzrə keçirilir:Dövlət Bayrağı Meydanı - Dənizkənarı Bulvar - Bakı Beynəlxalq Dəniz Vağzalı - Neftçilər prospekti - Bakı Ağ Şəhər bulvarı - Xəqani Rüstəmov küçəsi – Bakı Ağ Şəhər bulvarı, 8 Noyabr prospekti, Yusif Səfərov küçəsinin bir hissəsi -Afiyəddin Cəlilov və Üzeyir Hacıbəyli küçələrinin kəsişməsi,Cavanşir körpüsündən keçməklə Üzeyir Hacıbəyli küçəsi - Neftçilər prospekti (Hökumət Evi, Muzey Mərkəzi, Kukla Teatrı,Qız qalası,Azneft dairəsi), Bakı Funikulyoru, Bayıl dairəsi, Bibiheybət yolu (Su İdmanı Sarayı) və Dənizkənarı bulvar boyunca (Su İdmanı Sarayının arxası, Bakı Kristal Zalı) - Dövlət Bayrağı Meydanı. Marafonda daun sindromlu və fiziki məhdudiyyətlı şəxslər də iştirak edirdi.Yarış zamanı ilk start daun sindromlu şəxslər,daha sonra isə fiziki məhdudiyyətli şəxslər üçün start verilib.3-cü start isə ümumi iştirakçılar üçün olub.Marafonda 17 nömrəli tam orta məktəbin 10,,K”sinif şagirdi  Səttarov Çingizxanda iştirak edirdi.Şəhər sakinləri və qonaqlar üçün Dövlət Bayrağı Meydanında əyləncə zonası da yaradılmışdı.Burada yarış ərzində müxtəlif əyləncə, konsert proqramları, yarışlar, idman tədbirləri keçirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi