MƏKTƏB ŞAGİRDLƏRİ ,,MİLLİ XALÇA VƏ QIZ QALASI” MUZEYLƏRİNDƏ EKSKURSİYADA OLDULAR

  Azərbaycan Milli Xalça Muzeyi- Azərbaycan SSR-nin Nazirlər Sovetinin 13 mart 1967-ci iltarixli 130 nömrəli sərəncamı ilə yaradılmışdır.1967-1993-cü illərdə Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi,1993-2014-cü illərdə Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, 2014-2019-cu illərdə Azərbaycan Xalça Muzeyi,2019-cu ildən bu günədək Azərbaycan Milli Xalça Muzeyi adlanır.2014-cü ildə Dənizkənarı Milli Parkda inşa edilən yeni binasına köçürülmüşdür.Yarandığı zaman dünyanın ilk xalça muzeyi olmuşdur.Burada Azərbaycan xalçalarının dünyada ən zəngin kolleksiyası toplanmışdır. “Xovlu xalçalar”, “Xovsuz xalçalar”, “Xalça məmulatları”, “Bədii metal”,“Keramika, şüşə, ağac, kağız”,“Parça, geyim, tikmə” və “Zərgərlik məmulatları” kimi yeddi kolleksiyanı özündə birləşdirən muzey fondunda 10 mindən artıq eksponat saxlanılır. Muzeydə tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyalar qorunur. 

Qız Qalası—Bakının, eləcə də Abşeronun  ən möhtəşəm və sirli memarlıq abidəsidir.Qala qədim qala divarlarının cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən müdafiə məqsədli tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur.Hündürlüyü 28 m, diametri birinci mərtəbədə 16,5 m-dir.Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır.Qalanın daxili hissəsi 8 mərtəbəyə bölünür.Hər mərtəbə yonma daşlarla tikilmiş, günbəz formalı tavanla örtülmüşdür.Qala 1964-cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000-ci ildə UNESCO-nun Ümumdünya dünya irsi siyahısına salınmışdır. 08 mayda məktəbimizin 2,,Ç” sinif şagirdləri,sinif müəllimi Diana Ağaverdiyevanın rəhbərliyi ilə Azərbaycan Milli Xalça və Qız Qalası Muzeylərinə ekskursiya etdilər.Muzey bələdçisi şagirdləri xalça muzeyində olan maraqlı eksponatlar ilə tanış edərək, muzey haqqında geniş məlumat verdi. Muzeydə olan sərgilər şagirdlər tərəfindən böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi