ULU ÖNDƏR HEYDƏR ƏLİYEVİN 99-Cİ İLDÖNÜMÜNƏ HƏSR EDİLMİŞ TƏŞKİLAT SAATLARI KEÇİRİLDİ

  11 mayda məktəbin I-XI sinflərində sinif müəllimləri tərəfindən Ulu öndər Heydər Əliyevin 99-ci ildönümünə həsr edilmiş təşkilat saatları keçirildi. İlk öncə Ümummilli lider,Azərbaycanın böyük oğlu Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Təşkilat saatlarında Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəyliyimizin banisi, xalqımızın və dövlətimizin xilaskarı Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz tarixi xidmətlərindən danışıldı və videoçarxlar nümayiş etdirildi.Şagirdlər çıxışlarında qeyd etdilər ki,Ümummilli lider Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə xalq, dövlət, cəmiyyət üçün yorulmadan fəaliyyət göstərib. Dünya şöhrətli dövlət xadiminin əvəzsiz xidmətləri xalqımız tərəfindən daim uca tutulacaqdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi