Suqovuşanda keçirilən avarçəkmə,kayak və kanoe üzrə “Prezident kuboku-2022” reqatasında məktəbimizin şagirdi uğurla çıxış etdi

  Suqovuşan qəsəbəsində ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən avarçəkmə,kayak və kanoe üzrə“Prezident kuboku-2022”reqatası keçirildi.6 mayda Suqovuşan su anbarında təşkil olunan yarışa Azərbaycan,Moldova,Özbəkistan,Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb.Onlar birnəfərlik kanoe,birnəfərlik və ikinəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 və 500 metr məsafələrə yürüşlərdə iştirak ediblər.Reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vuruldu.Bu yarışda 17 nömrəli tam orta məktəbin idman müəllimi Lyubov Komarova münsiflər heyətində  və 10,,K”sinif şagirdi Səttarov Çingizxan birnəfərlik kayak idman növündə uğurla çıxış edərək IV yerə layiq görüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi