MƏKTƏB ŞAGİRDLƏRİ AZƏRBAYCAN MİLLİ İNCƏSƏNƏT MUZEYİNDƏ EKSKURSİYADA OLDULAR

 Azərbaycan Milli İncəsənət Muzeyi Respublikamızın ən nüfuzlularından birisi və incəsənət sahəsində aparıcı muzeyidir.1920-ci ildən Azərbaycan Dövlət Muzeyinin nəzdində fəaliyyət göstərən incəsənət bölməsi Azərbaycan Xalq Komissarları Şurasının 1936-cı il 264 №-li qərarı ilə müstəqil muzey kimi ayrıldı.6 may 1937-ci ildə ekspozisiyasının ilk təntənəli açılışı keçirildi.1943-cü ildən muzey rəssam Rüstəm Mustafayevin adını daşımağa başladı,2011-ci ildən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən Rüstəm Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyinə Milli Muzey statusu verilmişdir.Muzeyin kolleksiyasında 18000 yaxın eksponat qorunub saxlanmaqdadır.Dünya təsviri və tətbiqi sənətinin bütün növlərini yetərincə dolğun şəkildə əks etdirən muzeydə Qərbi Avropa, Rus, İslam, Şərq ölkələri incəsənətinin və milli mədəniyyətimizin çeşidli örnəklərini görmək mümkündür. Muzeydə müxtəlif dövr və üslublara aid rəngkarlıq, qrafika, heykəltaraşlıq, dekorativ-tətbiqi sənət nümunələri (çini, bədii və qiymətli metal, tikmə və xalça) nümayiş olunur.07 mayda məktəbin 5,,Ç”sinif şagirdləri sinif rəhbərləri Rəna Quliyevanın rəhbərliyi ilə,,Milli İncəsənət”müzeyində ekskursiyada oldular.Muzey bələdçisi şagirdləri muzeydə olan maraqlı eksponatlar ilə tanış edərək, muzey haqqında geniş məlumat verdi. Muzeydə olan sərgilər şagirdlər tərəfindən böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi