MƏKTƏBDƏ VALİDEYN VƏ ŞAGİRDLƏRLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLDİ

  28 apreldə 17 nömrəli tam orta məktəbdə“Məktəblinin dostu” layihəsi rəhbərliyi və Azərbaycan Respublikasının Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə,,Ailə dəyərləri nədir?mövzusunda maarifləndirici görüş keçirildi.Görüşdə Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsləhətçisi Nərgiz Sədrəddinbəyli, ,,Məktəblinin dostu”layihəsinin piyar meneceri Nərgiz Kərimzadə, məktəbin direktoru Nazilə Əliyeva, psixoloqlar, müəllimlər,VII,VIII sinif şagird və valideynləri iştirak edirdilər.Tədbirdə çıxış edən qonaqlar qeyd etdilər ki, Azərbaycan xalqı da var olduğu gündən ailəyə böyük dəyər verib, onu müqəddəs bilib.Çünki milləti ayaqüstə saxlayan və dövləti güclü edən əsas mənəvi dayaqlardan biri fərdlərin və cəmiyyətin əxlaqıdır.Dinimizdə, müqəddəs kitabımızda da ailə dəyərlərinə böyük önəm verilir. Səmimi görüş çərçivəsində keçirilən bu tədbirdə valideynləri maraqlandıran suallar cavablandırıldı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi