,,ŞUŞA İLİ”NƏ HƏSR OLUNMUŞ RƏSM MÜSABİQƏSİ KEÇİRİLDİ

  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşanın xalqımız üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq yanvarın 5-də Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamda qeyd olunur: “Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır. Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş, Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır.

  Məktəbin illik fəaliyyət planına uyğun olaraq 27 apreldə 17 nömrəli tam orta məktəbdə,,Şuşa ili"nə həsr olunmuş rəsm müsabiqəsi təşkil edildi. Rəsm müəllimi Mərcanə Qurbanovanın təşkilatçılığı ilə məktəbin foyesində təşkil edilən sərgidə şagirdlərin çəkdikləri rəsmlər və əl işləri nümayiş olunub.Sərgi Azərbaycan xalqının milli-mənəvi, maddi və mədəni dəyərlərini gənc nəslə daha yaxından tanıtmaq və təbliğ etmək məqsədilə keçirilib.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi