TƏBİƏTİN GÖZƏLLİYİNİ QORUYAQ

  Yaşadığımız dünya, bizi əhatə edən maddi aləm son dərəcə gözəl, zəngin və rəngarəngdir. Bu ətraf aləm təbiət adlanır. Əslində biz özümüz də bu təbiətin bir zərrəsiyik. Təbiət bizim hamımızın anasıdır. Biz zəngin və füsunkar bitkilər aləminin, vəhşi heyvanlardan tutmuş ən xırda həşəratlara qədər saysız-hesabsız canlıların əhatəsindəyik.ƏslindəYer kürəsi adlandırdığımız planetin məzmunu da elə ən şüurlu və ən ali varlıqlar olan biz insanlarla bizi əhatə edən təbiətin harmoniyasındadır.Dünyamızın sabahı və gələcəyi bu vəhdətdən və bu vəhdətin əzəli və əbədi tarazlığından asılıdır. Bu harmoniyanın, bu tarazlığın pozulması dünyanı fəlakətə sürükləyə bilər, bütün bəşəriyyəti, dünyanı məhv edə bilər.Ona görə də biz insanlar təbiətə qayğı və məhəbbətlə yanaşmalı, planetimizin bitki örtüyünü - onun florasını və canlılar aləmini - onun faunasını qorumalıyıq.Bu məqsədlə 25 apreldə 8“B”sinif şagirdləri ilə texnologiya müəllimləri Əfsanə Abdullayeva və Rəhniman Dəmirçiyeva“Təbiətin gözəlliyini qoruyaq”adlı mövzuda açıq havada dərs keçirdilər.Dərs zamanı şagtirdlərə göz oxşayan dibçəklərin həyatımızdakı rolundan və onlara necə qulluq etmək lazım olduğundan danışıldı. Daha sonra isə şagirdlər əldə etdikləri məlumatlar əsasında məktəb həyətində ağac və kolların diblərin suladılar və təmizlik işləri gördülər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi