ŞAGİRDLƏRƏ BEYNƏLXALQ YER KÜRƏSİ GÜNÜ İLƏ ƏLAQƏDAR VƏ İÇMƏLİ SU EHTİYATLARI HAQQINDA MƏLUMAT VERİLDİ

  Beynəlxalq Yer Kürəsi Günü və ya Ağac Gününün keçirilmə tarixi XIX əsrin 70-ci illərinə təsadüf edir.Həmin vaxtdan etibarən başlanan kütləvi ekoloji hərəkat təbii ehtiyatların qorunmasına və sənaye istehsalı üzərində ekoloji nəzarətə istiqamətləndi.Beləki 22 apreldə məktəbdə ibtidai sinif müəllimi Nigar Xanəliyeva rus bölməsinin 1,,Ç” sinif şagirdləri ilə söhbətdə məktəb həyətinin səliqəsinə,ətraf mühitin qorunması,su hövzələrinin,içməli su eytiyatlarının mühavizəsi haqqında söhbətlər açdı.Həmçinin bildirdi ki,BMT-nin müraciətində deyilir:“Yer Günü bütün insanların diqqətini Yer planetini onların ümumi evi kimi dərk etməyə,bütün yer üzünün birliyini və bir-birimizdən qarşılıqlı asılılığı hiss etməyə yönəltmək məqsədi daşıyan xüsusi gündür.Sonra Balaca fidanlar öz hazırladıqları əl işlərini nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi