"OXU GÜNÜ" İLƏ ƏLAQƏDAR TƏDBİRLƏR DAVAM EDİR

  22 apreldə 17 nömrəli tam orta məktəbdə “Oxu günü”nə həsr olunmuş silsilə tədbirlər keçirildi.Tədbir 2,,E”,2,,Ə”,2,,A” sinif şagirdlərinin iştirakı və sinif müəllimləri Aynur Baxşəliyeva,Vüsalə Nurməmmədzadə və Əminət Ağamalıyevanın rəhbərliyi ilə təşkil edilmişdir.Bədii kompozisiyada şagirdlərin ifasında rəqslər, milli nağıllar əsasında hazırlanmış səhnəcik və şeirlər səsləndi.Tədbirin məqsədi şagirdlər arasında mütaliəyə marağı artırmaq,oxu vərdişlərinin inkişafına nail olmaqdır.Balaca fidanların təqdim etdiyi şeirlər və kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla izlənildi.Tədbirdə TT işlər üzrə direktor müavini Nərgiz Hüseynova və Tİ üzrə direktor müavini Tahir Həmzəyevdə iştirak edirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi