MƏKTƏBDƏ ,,ŞUŞA İLİ”NƏ HƏSR OLUNMUŞ MONİTORİNQ KEÇİRİLDİ

  Qarabağın tacı olan Şuşa xalqımız üçün müqəddəs və əziz məkandır. Şuşa sevgisi hər bir azərbaycanlının mənəvi varlığının ayrılmaz parçasıdır.Təməli 1752-ci ildə Qarabağ xanı Pənahəli xan tərəfindən qoyulan və bu il 270 illiyi qeyd olunacaq Şuşa şəhəri zəngin inkişaf yolu keçmiş,Azərbaycanın və bütün Cənubi Qafqazın mədəni və ictimai-siyasi həyatında müstəsna rol oynamışdır. Prezident İlham Əliyevin sərəncamı ilə 2022-ci ilin “Şuşa ili” elan edilməsi ilə əlaqədar olaraq 22 apreldə 17 nömrəli tam orta məktəbdə ,,II Qarabağ Müharibəsi” mövzusunda monitorinq keçirildi.Monitorinq VII vəVIII siniflərdə təşkil olundu.Verilən tapşırıqlar açıq və qapalı şəkildə olmaqla 25 suallardan ibarət idi.Monitorinqin keçirilməsinin əsas məqsədi şagirdlərin,,II Qarabağ Vətən Müharibəsi”haqqında məlumatların necə mənimsənilməsi və şagirdlərin əldə etdikləri bilik səviyyəsinin yoxlanılması idi. Şagirdlər monitorinqdə böyük maraq və qürur hissilə iştirak edərək tapşırıqları cavablandırdılar.Monitorinqdə məktəbin TT işləri üzrə direktor müavini Bəturə Sanıyeva iştirak edirdi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi