MƏKTƏBDƏ “DÜNYANI ŞEİRLƏRLƏ BƏZƏYİN”MÖVZUSUNDA OXU MÜSABİQƏSİ KEÇİRİLDİ

 19 apreldə məktəbdə ,,Rus dili və ədəbiyyatı”aylığı və “Oxu günü”nə həsr olunmuş ,,Dünyanı şeirlərlə bəzəyin”oxu müsabiqəsi keçirildi.Müsabiqə rus dili müəllimləri Anjelika Qasımova və Arzu Süleymanova tərəfindən rus bölməsinin 5,,A”,5,,B”,5,,C”,5,,Ç”sinif şagirdlərinin iştirakı ilə keçirildi.Müsabiqədə TT işləri üzrə direktor müavini Lyudmila Əsgərova, müəllimlər,valideynlər və şagirdlər iştirak edirdilər.Şagirdlər tərəfindən hazırlanmış şeirlər səsləndi və münsiflər heyəti müsabiqədə fəal iştirak edən şagirdləri ,,Diplom”larla təltif etdilər.Tədbirin məqsədi yeniyetmə və gənclər arasında mütaliəyə marağı artırmaq, oxu vərdişlərinin inkişafına nail olmaqdır. Məktəbimizin istedadlı şagirdlərinin təqdim etdiyi kompozisiya tədbir iştirakçıları tərəfindən maraqla izlənildi.Tədbirin sonunda TT işləri üzrə direktor müavini Lyudmila müəllim qalibləri təbrik edərək onlara uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi