MƏKTƏBLİLƏR ARASINDA “ŞUŞA İLİ”NƏ HƏSR OLUNMUŞ “KÖNLÜM KEÇİR QARABAĞDAN” ADLI RESPUBLİKA İNCƏSƏNƏT FESTİVAL-MÜSABİQƏSİ KEÇİRİLİR

  Məktəblilər arasında "Şuşa ili"nə həsr olunmuş "Könlüm keçir Qarabağdan" adlı respublika incəsənət festival -müsabiqəsinin keçirilməsinə start verilib. 2022-ci ilin mart-iyun aylarında üç mərhələ üzrə keçirilməsi nəzərdə tutulan festival-müsabiqənin ilk iştirakçıları seçilib. İlk öncə festival-müsabiqənin keçirilməsi haqqında məlumat müəllim və şagird kollektivinə çatdırılıb.Bildirilib ki, festival-müsabiqədə incəsənət və yaradıcılığın müxtəlif janr və növləri üzrə istedadı olan (11-17 yaş ) uşaqlar iştirak edə bilər. Festival -müsabiqə çərçivəsində dörd nominasiya (ifa,rəqs,bədii qiraət, təsviri incəsənət) üzrə məktəbin istedadlı şagirdləri toplanıb. Şagirdlərin çıxışlarından öncə məktəbin direktoru Nazilə Əliyeva festival-müsabiqənin keçirilməsinin məqsədindən danışaraq, iştirakçılara uğurlar arzulayıb. Çıxışların sonunda münsiflər heyətinin yekdil səsi ilə dörd nominasiya üzrə qaliblər seçilib. İfaçılıq nominasiyası üzrə (aşıq ifaçılıq) məktəbin 8 ,,E” sinif şagirdi Elgün İsmayılzadə, rəqs nominasiyası üzrə (milli rəqs) məktəbin 8,,G”sinif şagirdi Burhan Əlizadə, təsviri incəsənət nominasiyası üzrə (rəsm) məktəbin 11,,A” sinif şagirdi Hüseyn İsgəndərov və bədii qiraət nominasiyası üzrə məktəbin 11,,D” sinif şagirdi Abbas Məmmədov festival-müsabiqənin rayon mərhələsində iştirakı üçün seçilmişlər.Festival-müsabiqənin keçirilməsində əsas məqsəd uşaqların bədii-estetik səviyyəsini yüksəltmək,istedadlarını üzrə çıxarmaq, uşaqları vətənpərvərlik, tariximizə, dövlət rəmzlərinə, torpağımıza hörmət ruhunda tərbiyə etməkdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi