FİRİDUN BƏY KÖÇƏRLİ ADINA RESPUBLİKA UŞAQ KİTABXANASINA EKSKURSİYA

  Azərbaycanlıların tarixi torpaqları olanhalisinin mütləəksəriyyəti azərbaycanlılardan ibarət qədim İrəvan şəhərində fəaliyyət göstərmiş İrəvan Müəllimlər Seminariyasının fəaliyyətə başlamasının 140 ili tamam olmuşdur. 8 noyabr 1881-ci ildə fəaliyyətə başlamış Seminariya Qafqaz məktəbləri üçün müəllim kadrlarının hazırlanmasında müstəsna rol oynamışdır. Görkəmli Azərbaycan maarifçisi Firidun bəy Köçərlinin ilk pedaqoji fəaliyyəti bu təhsil ocağı ilə bağlı olmuşdur.

  İrəvan Müəllimlər Seminariyasının məzunları arasında dövrün görkəmli ziyalıları,dövlət,elm və sənət adamları olmuşdur.İrəvan mahalında maarifçilik ideyalarının yayılmasında, dünyəvi məktəblərin yaradılmasında seminariya əvəzsiz xidmətlər göstərmişdir.İrəvan Müəllimlər Seminariyası Cənubi Qafqazda pedaqoji hərəkatın inkişafında və müəllim kadırlarının hazırlanmasında xüsusi xidmət göstərmiş, pedaqoji fikrin əsas mərkəzlərindən biri kimi tanınmış və ictimai mühitin formalaşmasına güclü təkan vermişdir.

  14 apreldə məktəbimizin 9a, 9ç sinif şagirdləri,Azərbaycan dili və ədəbiyyat müəllimləri Kəmalə Zamanova,Şölə Qurbanova və Aynurə Məmmədovanın rəhbərliyi ilə Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına ekskursiya etdilər. Kitabxana əməkdaşı şagirdləri kitabxaba ilə tanış etdi və Azərbaycanın görkəmli ədəbiyyatşünas alimi, tanınmış maarifçi, içtimai xadim, publisist yazıçı, tənqidçi və tərcüməçi Firidun Bəy Köçərlinin həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.

  Şagirdlərə kitabxananın fəaliyyəti və istifadə qaydaları, kitab sərgisi, ekektron kitabxana və elektron bazası haqqında ətraflı məlumat verdilər.Sonda şagirdlər Qazax Müəllimlər Seminariyası haqqında sənədli filmə baxdılar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi