MƏKTƏBİN VI VƏ VII SİNİF ŞAGİRDLƏRİLƏ MAARİFLƏNDİRİCİ GÖRÜŞ KEÇİRİLDİ

  07 apreldə məktəbin akt zalında AzVİF və BŞTİ-nin təşkilatçılığı ilə maarifləndirici görüş keçirildi.Görüşdə AzVİF-in əməkdaşı Səhər Mehman,7li Uşaq Gənclər İdman məktəbinin təlimçisi Bahar Zəkəryəyeva,idman müəllimləri və VI,VII sinif şagirdləri iştirak edirdilər.Görüşdə çıxış edən qonaqlar Azərbaycanda ,,Velosiped”idman növünün inkişafı,yaradılmış idman məktəbləri haqqında şagirdlərə ətraflı məlumat verdilər.

  Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən irəli sürülmüş “Azərbaycan İstedadları Proqramı” layihəsi çərçivəsində ,,Velosiped” idman növünə məktəblilərin cəlb edilməsi və onların dəstəklənməsini nəzərdə tutur.Bu proqramın əsas məqsədi velosipedçi idmançılara müxtəlif yarışlarda, dünya və Avropa çempionatında,Olimpiya Oyunlarında uğur qazanmaq üçün onların idman karyerasına dəstək olmaqdan ibarətdir.Velosipedçi idmançılar bu məqsədə nail olmağa can atmalıdırlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi